CM Consulting & Investigations

 

Eng   Az   Ru   Tr

     
   
 

required information

 
 

Ana səhifə

 
 

Xidmətlər

 
 

Partnyorlar

 
 

Qanunvericilik

 
 

Fəaliyyət ərazimiz

 
 

Əlaqə

 

Informasiya uğurun açarıdır!

 

Biz isə informasiya biznesi ilə məşğul oluruq. CM Consulting & İnvestigations transmilli şirkətlərə, hüquq firmalarına, maliyyə qurumlarına, eləcə də digər hüquqi və fiziki şəxslərə müxtəlif sahələrdə araşdırma aparılması və biznes məlumatlarının toplanılması xidmətlərini təklif edir.

2004-cü ildə təsis olunmuş CM Consulting & İnvestigations Azərbaycanda, eləcə də bütün Qafqazda bisnes və özəl tədqiqatlarla, çoxşahəli araşdırmalarla məşğul olan aparıcı agentlikdir.

Araşdırmalarımız hüquq və biznes çevrələrində həlledici qərarların verilməsində ciddi rol oynaya, təqdim etdiyimiz tədqiqat materialları sizin biznesdə uğur qazanmanız və ya şəxsi problemlərinizi həll etməniz üçün böyük əhəmiyyət daşıya bilər.

Effektiv qərar qəbul etməkdən ötrü məlumatlı olmaq lazımdır. Bizim təklif etdiyimiz xidmət qərar qəbul edən zaman sizi lazımi informasiyayla təmin etməkdən ibarətdir.

Müştərilərimizə aşağıdakı biznes araşdırmaları xidmətləri təklif edirik: biznes əlaqələri yaradılan şirkətin keçmiş və hazırki fəaliyyəti, gələcək partnyorlar, əməkdaşlıq edilməsi nəzərdə tutulan birgə müəssisələr, eləcə də onların əmlakı və kapital qoyuluşları, məxfiliyi qorumaq təminatıyla tərəfdaşın biznes əlaqələri, gəlir mənbələri, reputasiyası, planlaşdırdığı sovdələşmələr haqda ətraflı məlumatların toplanılması və bu məlumatların yoxlanılması.

CM Consulting & Investigations olaraq qazandığımız təcrübə və geniş miqyasda araşdırma xidmətlərimiz sayəsində təqdim etdiyimiz informasiyaların sizi tam razı salacağına əminik.

Əlavə məlumat üçün əlaqə saxlayın.

 
     
 

Knowledge itself is power
Francis Bacon

Copyright © CM Consulting & Investigations. 2005
 Designed by  "СMedia" Design
Group

Ana səhifə | Xidmətlər | Partnyorlar | Qanunvericilik | Fəaliyyət ərazimiz | Əlaqə