CM Consulting & Investigations

   

Eng   Az   Ru   Tr

     
 
 

required information

 
 

Ana səhifə

 
 

Xidmətlər

 
 

Partnyorlar

 
 

Qanunvericilik

 
 

Fəaliyyət ərazimiz

 
 

Əlaqə

 

Azərbaycanda xüsusi araşdırma aparmaq hüquqi verən heç bir qanun yoxdur. Amma xüsusi araşdırmalar aparılması və ya dedektivlik fəaliyyəti ilə məşğul olunması da Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilmir. Müvafiq sahələrdə hüquqi baza olmamasına

 

baxmayaraq Azərbaycan Respublikasının Anayasası və digər bir sıra qanunlara əsasən respublika ərazisində istənilən informasiyanı axtarmaq, əldə etmək və ötürmək azadlığı vardır. İnformasiya axtarılması, əldə edilməsi və yayılması üçün Azərbaycan Respublikasının qanunları media sahəsində çalışanlara əlavə hüquqlar verir. Qafqaz Media Tədqiqatlar Mərkəzinin dəstəyilə fəaliyyət göstərən Caucasus Consulting & İnvestigations bu hüquqlardan yararlanaraq çox geniş çevrədə tədqiqatlar aparır.

Azərbaycan Respublikasının Anayasasından çıxarış
Maddə 50. Məlumat Azadlığı
Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunundan çıxarış
Maddə 2. İnformasiya əldə etmək azadlığı
2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.
2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin.

Informasiya əldə etməyin qanuniliyini təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Anayasasına, İnformasiya Əldə Etmək Haqqında Azərbaycan Respublikasının qanununa, “Kütləvi İnformasiya Vasitələri Haqqında” Azərbaycan Respublikasının qanununa (Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ), AR İnzibati Xətalar Məcəlləsinə (Maddə 186. Jurnalistlərin hüquqlarının pozulması), AR Cinayət Məcəlləsinə (Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və digər müvafiq qanunlara istinad edirik.

 
     
 

Knowledge itself is power
Francis Bacon

Copyright © CM Consulting & Investigations. 2005
Designed by  "СMedia" Design
Group

Ana səhifə | Xidmətlər | Partnyorlar | Qanunvericilik | Fəaliyyət ərazimiz | Əlaqə